AMADA üçün sosial məsuliyyət məqsədyönlü strateji xətdir. Bu məsuliyyət AMADA-nın öz kollektivinə, cəmiyyətə və ətraf mühitə həssas yanaşmanı əhatə edir.
"Yaşıl Ofis" Prinsipləri
AMADA qənaət, ətraf mühitə təsirlərin azaldılması və təkrar istehsal məhsullarından istifadəyə əsaslanan "Yaşıl ofis" prinsiplərini tətbiq edir. AMADA qısa müddət ərzində ətraf mühitə qarşı həssas kollektiv formalaşdıra bilib.
- Kağız istifadəsi minimuma endirilmişdir — ofis daxili bütün kargüzarlıq elektron qaydada həyata keçirilir
- Tullantılar çeşidlənir və əsasən təkrar istehsal məhsullarından istifadə edilir
- Ofis resurslarından səmərəli və qənaətcil istifadə təmin edilir
- Əməkdaşlar ekoloji istehlak haqqında maarifləndirilib
Ətraf Mühit Aspektləri
AMADA-nın fəaliyyətinin ətraf mühitə təsir göstərən əsas aspektləri:
- Enerji istehlakı: işıqlandırma, istilik, kondisioner, avadanlıqların istifadəsi və nəqliyyat ilə əlaqəli
- Emissiyalar: enerji istehlakından, o cümlədən istilikdən və elektrik enerjisindən istifadədən yaranan
- Su istehlakı: su qovşağı ilə əlaqəli səmərəli istifadə və monitorinq
Ətraf Mühit Siyasətinin Əsas Prinsipləri
- Təhlükəsiz və dayanıqlı bir mühit üçün davamlı inkişafın təşviqi
- Ətraf mühitə dəyən zərərin və çirklənmənin azaldılması üçün tədbirlərin görülməsi
- Ətraf mühitin mühafizəsi üzrə daxili idarəetmənin effektivliyi və mükəmməlliyi
- Fəaliyyətimiz daxilində və podratçılarımızda olan mənbələrdən səmərəli istifadə
Enerji və Yayınların İdarə Edilməsi
- Enerji istehlakının azaldılması üçün təlimatlar
- Tullantıların azaldılması və idarə olunmasına dair təlimatlar
- Kağız, toner və mürəkkəb istehlakının azaldılmasına dair təlimatlar
Daha Yaxşı Bir Cəmiyyət Qurmaq
AMADA təşkilat və işçilər tərəfindən idarə olunan sosial təşəbbüslərlə sosial məsuliyyətini təmin edir. Gender bərabərliyi, qadın və uşaq hüquqlarının qorunması məsələsinə hər zaman diqqətlə yanaşan AMADA, sosial məsuliyyət tədbirlərində də bu məsələni xüsusi diqqətdə saxlayır.
Sosial məsuliyyət tədbirləri çərçivəsində qadın və uşaq sığınacağı ilə bağlı daima aksiya həyata keçirilir. Bundan əlavə AMADA ölkədə baş verən və dövlət tərəfindən başlanan bir sıra sosial məsuliyyət və ictimai təşəbbüsləri dəstəkləyir və aktiv iştirak edir.