AMADA idmançıların fikirlərinə xüsusi əhəmiyyət verir və öz fəaliyyətində bunu nəzərə alır. AMADA üçün idmançıların dopinqlə mübarizəyə qatılması, onların əməkdaşlığa cəlb edilməsi və onlara bərabər imkanların təmin edilməsi əhəmiyyətlidir.

Bunu nəzərə alaraq 2019-cu ildə AMADA özünün idmançı ictimaiyyəti ilə əməkdaşlığının artırılması üzrə davam edən səylərinin bir nümunəsi kimi İdmançılar Məsləhətçi Komissiyasını yaratmışdır. Onun vəzifəsi AMADA-nın fəaliyyətinin müxtəlif aspektlərini müzakirə etmək və tövsiyələr hazırlamaqdır.

Komissiyasının vəzifələri əsasən əsas missiyanın dəstəklənməsi, idmançılarla əlaqədar xüsusi layihələrin idarə edilməsi, idmançılar və AMADA arasında əlaqələndirici xidmətin göstərilməsi və Komissiyanı müxtəlif antidopinq tədbirlərində təmsil edilməsindən ibarətdir.

Komissiya sadəcə olaraq idmançıların təmsil edildiyi qurum deyil, o, həmçinin AMADA-ya təmiz idmanın gələcək inkişafı və təşviqi üzrə atılan addımlara dair məsləhət verən mühüm qurumdur.

1
İlham Zəkiyev
Paracüdo
2
Hacı Əliyev
Güləş
3
Rəsul Çunayev
Güləş
4
Fəridə Əliyeva
Karate
5
Fuad Qurbanov
Atıcılıq
6
Aynur Məmmədova
Parataekvondo
7
Nazim Babayev
Atletika
8
Ayan Xankişiyeva
Velosiped
9
Kamran Şahsuvarlı
Boks
10
Rüstəm Orucov
Cüdo
11
Ruslan Abışov
Futbol