Azərbaycanda bütün idmançılar, idmançı köməkçi heyəti, idman federasiyaları, təhsil müəssisələri və geniş idman ictimaiyyəti üçün əlçatan, profilaktikaya yönəlmiş antidopinq təhsili.
Bu səhifədə:
- Öyrənmə yolunuzu seçin
- Təmiz idmanın əsas mövzuları
- Oyun meydançasından podiuma – təmiz idmançı yolu
- Öyrənmə formatları və imkanları
- Şübhəli halların bildirilməsi
Öyrənmə Yolunuzu Seçin
Hədəf qruplarınıza uyğunlaşdırılmış antidopinq məlumatları və resurslar:
İdmançılar
İdman məktəblərindən elit səviyyəyə qədər bütün mərhələlər üçün əsas məlumatlar.
Məşqçilər və İKH
Öhdəlikləriniz və təmiz idmanın təşviqində rolunuz.
Tibb mütəxəssisləri
Tİİ, dərman vasitələri və idmançı sağlamlığının qorunması.
Valideynlər və müəllimlər
Erkən yaşlardan etibarən düzgün dəyərlərin formalaşdırılması.
Federasiyalar və Klublar
Tələblərə uyğunluq, planlaşdırma və antidopinq təhsili.
İctimaiyyət
Təmiz idman və antidopinq fəaliyyətinin məqsədi və əhəmiyyəti.
Təmiz İdmanın Mövzuları
Hər bir iştirakçının bilməli olduğu qaydalar, prosedurlar və risklərə ümumi baxış:
Oyun Meydançasından Podiuma
Təhsil idmançı karyerasının bütün mərhələlərində təmiz idman davranışlarını dəstəkləməlidir. Erkən yaşdan elit səviyyəyə və Qeydiyyata alınmış Test Qrupuna (QTQ) qədər uyğunlaşdırılmış öyrənmə ehtiyaclarınızı kəşf edin:
- 6–12 yaş (uşaqların idmana cəlb olunması): Ədalətli oyun, rəqibə hörmət və əsas dəyərlərin formalaşdırılması.
- 13–17 yaş (gənc idmançılar): Qadağan olunmuş siyahı və Ciddi Məsuliyyət prinsipi ilə ilkin tanışlıq.
- Elitə mərhələsinə keçid: İlk dopinq nəzarəti ehtimalı və ADEL üzrə təhsil və sertifikatlaşdırma.
- Elit mərhələ (milli və beynəlxalq səviyyə): Antidopinq qaydalarına tam uyğunluq, nümunəvi davranış.
- QTQ: ADAMS sistemi üzrə məkan məlumatlarının təqdim edilməsi, Tİİ idarə edilməsi.
- Reinteqrasiya: Sanksiyadan sonra biliklərin yenilənməsi və qaydalara yenidən uyğunlaşma.
Öyrənmə Formatları və İmkanları
AMADA antidopinq təhsilini müxtəlif formatlarda təqdim edir — elektron öyrənmədən əyani tədbirlərə, məktəb proqramlarından hadisə əsaslı təşəbbüslərə qədər:
- Elektron öyrənmə (ADEL): World Anti-Doping Agency tərəfindən təqdim olunan ADEL platformasında pulsuz və interaktiv onlayn kurslar. Uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunur.
- Əyani seminarlar: AMADA tərəfindən keçirilən interaktiv və ssenari əsaslı sessiyalar.
- Vebinarlar: Qadağan olunmuş siyahıdakı yeniliklər, Tİİ prosesi və digər aktual mövzular üzrə canlı onlayn sessiyalar.
- Məktəb proqramları: 10–17 yaşlı şagirdlər üçün dəyər əsaslı mövzular.
- Federasiya proqramları: Milli federasiyalar üçün risk qiymətləndirməsinə əsaslanan illik təhsil planları və seminarlar.
- Təbliğat proqramları: Yarış və turnirlər zamanı AMADA stendləri, çap materialları və rəqəmsal vasitələr (QR kodlar və s.) vasitəsilə maarifləndirmə.
Təmiz idman naminə Susma Danış
Dopinq ilə bağlı şübhələriniz və ya narahatlıqlarınız varsa, onları necə və hara bildirməli olduğunuzu öyrənin.