MİSSİYA, ROL, DƏYƏRLƏR, PRİORİTETLƏR
Missiya
"Azərbaycan idmanının dürüstlüyünün və idmançıların sağlamlığının qorunması."
Dəyərlər
Dürüstlük. Şəffaflıq. Qərəzsizlik. Hesabatlılıq.
Prioritetlər
"Təmiz idmanı təmin etmək və dürüst idmançıların hüquqlarını qorumaq."
Rol
"Dopinqin aşkarlanması və qarşısının alınması."
Əsas Məlumat
Azərbaycan dövləti dopinq təhlükəsinin qarşısını almaq, bilik və təcrübəni mərkəzləşdirmək və inkişaf etdirmək üçün doping təhlükəsinin bütün elementlərinin qarşısının alınması məqsədilə AMADA-nı yaratmışdır. Təşkilat dopinq məsələlərində idmançılar, idman təşkilatları, hüquq mühafizə orqanları və digər tərəflər üçün vahid əlaqə nöqtəsidir.
AMADA ədalətli idman çıxışlarına nail olmaq, bütün səviyyələrdə sıfır dopinq tolerantlığını təbliğ etmək və təhlükəsiz bir idman mühiti yaratmaq məqsədilə fəaliyyət göstərir.
AMADA-nın 8 əsas fəaliyyət istiqaməti
- Dövlət siyasətinin formalaşmasında iştirak və icrasını təmin etmək
- Dopinqlə mübarizə sahəsinin inkişafını təmin etmək
- Antidopinq proqramı və qarşı tədbirləri həyata keçirmək
- Antidopinq sahəsində qurumlarla koordinasiyanı təşkil etmək
- Dopinq nəzarəti və bionümunə yoxlamasını həyata keçirmək
- Dopinqsiz idman iştirakını təbliğ və maarifləndirmə fəaliyyətini aparmaq
- Antidopinq qayda pozuntularına məsuliyyət təmin etmək
- WADA və beynəlxalq təşkilatlarla əməkdaşlığı təmin etmək