"İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, AMADA öz səlahiyyətlərinin icrası məqsədilə qaydalar müəyyən edə bilər. Bu çərçivədə AMADA Milli Antidopinq Qaydalarını Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olaraq təsdiq edir.

Milli Antidopinq Qaydaları milli və beynəlxalq səviyyəli idmançılara, idmançıların köməkçi heyətinə və digər idman subyektlərinə şamil olunur. Qanunvericiliyə uyğun olaraq, ölkədə bütün idman subyektləri dopinqə qarşı mübarizə məqsədilə bu qaydalara riayət etməlidirlər.