Avropanın antidopinq siyasətinə səlahiyyətli qurumları Strasburqda təmiz idmanın gələcəyini müəyyənləşdirən iki yüksək səviyyəli toplantıda bir araya gəliblər. Ölkəmizi bu görüşlərdə Azərbaycan Milli Antidopinq Agentliyinin İcraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

CAHAMA-nın iclasında iştirakçılar Avropanın ortaq mövqelərini razılaşdıraraq, WADA İcraiyyə Komitəsinin qarşıdakı iclasına hazırlıq məqsədilə idarəetmə, rəhbərliyin seçilməsi və qitənin ali antidopinq qurumunun gündəliyinə dair təkliflərini müzakirə ediblər.

T-DO-nun 61-ci iclasında isə uyğunluğun monitorinqi, Gürcüstan və Bosniya və Herseqovinada milli qiymətləndirmələr, həmçinin Avropada dopinq maddələrinin əlçatanlığının azaldılması tədbirləri diqqət mərkəzində olub.

Əlamətdar hadisə isə "Gender bərabərliyinin antidopinq siyasətinə inteqrasiyası" üzrə xüsusi yaradılmış işçi qrupunun fəaliyyətə başlaması olub. Qrupun sədri vəzifəsini AMADA-nın İcraçı direktorunun müavini və CAHAMA-nın gender bərabərliyi üzrə məruzəçisi Rüfət Efendiyev icra edəcək.

Paylaş: