MÜRACİƏTİM AMADA TƏRƏFİNDƏN RƏDD EDİLƏRSƏ NƏ ETMƏLİYƏM?

İlk növbədə, rədd qərarında müraciətinizin niyə qəbul edilmədiyinin səbəbləri izah ediləcəkdir. Aydınlaşdırılması tələb olunan suallar olduğu təqdirdə, AMADA-nın Tİİ Komitəsinin sədri və ya AMADA Tİİ Komitəsinə müraciət edə bilərsiniz.

Sonra Çatışmayan və ya təqdim olunmayan məlumatlar varsa, müraciətinizdə düzəlişlər edib yenidən təqdim edə bilərsiniz.

Yaxud Antidopinq Qaydalarının 4.4.6.1-ci maddəsinə uyğun olaraq, rədd qərarından sonra 21 gün ərzində müvafiq apellyasiya qurumuna müraciət edə bilərsiniz.

TİİK TƏRƏFİNDƏN VERİLƏN Tİİ MƏNİM BEYNƏLXALQ FEDERASİYAM TƏRƏFİNDƏN TANINMADIĞI HALDA NƏ BAŞ VERİR?

Beynəlxalq federasiyanız tərəfindən AMADA-nın verdiyi Tİİ tanınmadığı halda, tanınmama barədə bildiriş aldıqdan sonra 21 gün ərzində WADA-ya müraciət edə bilərsiniz. Müraciətinizi aşağıdakı ünvana göndərməlisiniz:

WADA Medical Department
Stock Exchange Tower
800 Place Victoria (Suite 1700)
P.O. Box 120
Montreal (Quebec) H4Z 1B7
Canada

E-poçt: medical@wada-ama.org

WADA-nın qərarı gözləyərkən, AMADA tərəfindən verilmiş Tİİ milli səviyyəli yarışlar və milli səviyyədə test üçün etibarlı qalır, lakin beynəlxalq yarışlar üçün etibarlı deyildir.

MƏNİM TİBBİ MƏLUMATIM MƏXFİ OLARAQ SAXLANILIRMI?

Bütün Tİİ müraciətləri ilə əlaqədar göndərdiyiniz məlumatlar, tibbi sənədlər, eləcə də Tİİ Komitəsinin müzakirələri və qərarları ciddi şəkildə məxfi saxlanılır. Tİİ Komitəsinin bütün üzvləri, AMADA-nın səlahiyyətli işçiləri və Tİİ-nin baxılmasında iştirak edən şəxslər məxfilik öhdəliyi daşıyırlar.

Tİİ-nin baxılması ilə bağlı fərdi məlumatlarınız İdmançı Bəyannaməsində göstərilən məqsədlər və antidopinq fəaliyyəti üçün lazım olan müddətdən artıq saxlanılmayacaqdır.

Fərdi məlumatlarınızın işlənməsi ilə bağlı suallarınız olduğu halda, AMADA-nın Fərdi Məlumatların Qorunması üzrə nümayəndəsi ilə əlaqə saxlaya bilərsiniz: rm@amada.az