Təhsil idmandakı hər kəs üçündür. Sizin üçün xüsusi olaraq hazırlanmış məlumatları, davranış gözləntilərini və öyrənmə imkanlarını tapmaq üçün rolunuzu seçin.
İdmançılar
İdmançılar antidopinq sisteminin əsas iştirakçılarıdır. Hüquqlarınızı və öhdəliklərinizi bilmək, həmçinin karyeranızı qəsdən və ya təsadüfi antidopinq qayda pozuntularından qorumaq vacibdir.
- Qida əlavələrinin istifadəsi ilə bağlı risklər
- Dərman vasitələrinin Qadağan olunmuş siyahı ilə yoxlanılmadan qəbulu
- Məkan məlumatlarının vaxtında və düzgün təqdim edilməməsi
- Milli səviyyəli idmançı — milli yarışlarda iştirak edən
- Beynəlxalq səviyyəli idmançı — beynəlxalq federasiya tərəfindən müəyyən edilən
- Azyaşlı — 18 yaşına çatmamış şəxs
- Qorunan şəxs — xüsusi status tətbiq edilən azyaşlı
- QTQ idmançısı — məkan məlumatı öhdəliyi olan
- Həvəskar idmançı
- Təmiz idman prinsiplərinə riayət etmək
- Dərman vasitələrini GlobalDRO-da və ya tibb mütəxəssisi ilə yoxlamaq
- Tibb mütəxəssislərinə idmançı olduğunuz barədə məlumat vermək
- Dopinq nəzarəti prosesində əməkdaşlıq etmək
- Məkan məlumatlarını aktual saxlamaq
- Şübhəli hallar barədə məlumat vermək
Məşqçilər və idmançı köməkçi heyəti
İdmançı Köməkçi Heyəti (İKH) idmançıların qərarlarına və davranışlarına birbaşa təsir göstərir və təmiz idman mühitinin formalaşdırılmasında mühüm rol oynayır. Buraya məşqçilər, tibb mütəxəssisləri, fizioterapevtlər, psixoloqlar, idman menecerləri daxildir.
- Antidopinq qaydaları ilə tanış olmaq
- İdmançılara antidopinq sahəsində düzgün məlumat vermək
- Antidopinq qayda pozuntularına səbəb ola biləcək davranışlardan çəkinmək
- Təhsil və maarifləndirmə proqramlarında iştirak etmək
- Şübhəli hallar barədə məlumat vermək
- Qadağan olunmuş maddələrin istifadəsini təşviq etməmək
- İdmançıları dərman vasitələrini yoxlamağa yönləndirmək
- Məkan məlumatı öhdəliklərinə riayət olunmasını dəstəkləmək
- Antidopinq təhsil fəaliyyətlərində iştirak etmək
- Riskli davranışları müəyyən etmək
Tibb mütəxəssisləri
Həkimlər, fizioterapevtlər, əczaçılar və dietoloqlar idmançıların sağlamlığının qorunmasında və təsadüfi antidopinq qayda pozuntularının qarşısının alınmasında mühüm rol oynayırlar.
- Dərman təyin etməzdən əvvəl Qadağan olunmuş siyahını yoxlamaq
- Zəruri hallarda Tİİ müraciəti prosesini başlatmaq və sənədləşməni təmin etmək
- İdmançıları qida əlavələri ilə bağlı risklər barədə məlumatlandırmaq
- Antidopinq qaydalarına zidd hər hansı fəaliyyətdə iştirak etməmək
- Xəstənin idmançı olub-olmadığını müəyyənləşdirmək
- Dərman vasitələrini GlobalDRO və ya müvafiq məlumat bazalarında yoxlamaq
- Qadağan maddə tələb olunduqda Tİİ müraciəti etməyi tövsiyə etmək
- "Sağlam Qida Yanaşması"nı təşviq etmək
Valideynlər və müəllimlər
Valideynlər və müəllimlər gənc idmançıların davranış və dəyərlərinin formalaşmasında mühüm rol oynayırlar. Erkən yaşlarda formalaşan etik yanaşma idmançının gələcək fəaliyyətinə birbaşa təsir göstərir.
- Uşağın istifadə etdiyi bütün dərman və qida əlavələri barədə məlumatlı olmaq
- Dərman vasitələrini GlobalDRO vasitəsilə yoxlamaq
- Qadağan olunmuş siyahı ilə tanış olmaq
- Tibb mütəxəssisi ilə Tİİ məsələlərini müzakirə etmək
- Antidopinq mövzularını açıq şəkildə müzakirə etmək
- AMADA-nın təhsil materiallarından istifadə etmək
- Dəyər əsaslı təmiz idman mövzularını dərs proqramına inteqrasiya etmək
- Təhsil müəssisələrində antidopinq seminarlarının təşkilini təşviq etmək
İdman Federasiyaları və klublar
Milli federasiyalar və idman klubları idmançıların və idmançı köməkçi heyətinin antidopinq təhsili əldə etməsində əsas rol oynayırlar.
- Təhsil proqramlarının planlaşdırılması və icrasında iştirak
- Müvafiq idmançı hədəf qruplarını müəyyən etmək
- Böyük yarışlar və tədbirlər öncəsi təhsilin təmin olunmasına nəzarət
- AMADA-nın illik təhsil planının icrasını dəstəkləmək
- Yerində antidopinq təlimlərinin təşkili
- Milli yarışlarda maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi
- Təhsil materiallarının (rəqəmsal və çap) təqdim edilməsi
- Antidopinq uyğunluğu üzrə metodiki və strateji dəstək