Təmiz idman davranışları — idmançıların və idmançı köməkçi heyətinin antidopinq qaydalarına uyğun olaraq nümayiş etdirməli olduqları hərəkət və davranış normalarıdır. Bu davranışlar təhsillə bağlı beynəlxalq standartlarda müəyyən edilmiş məcburi mövzular əsasında formalaşdırılır.
AMADA-nın bütün antidopinq təhsil fəaliyyətləri bu davranışların formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilmişdir. Bu davranışlar idmançının karyerası boyunca, erkən mərhələdən elit səviyyəyə qədər davamlı şəkildə inkişaf etdirilməlidir.
1 Bil
- Qadağan olunmuş siyahını mütəmadi olaraq yoxlayın (hər il 1 yanvar tarixində yenilənir)
- AMADA-nın antidopinq qaydaları ilə tanış olun
- Terapevtik İstifadə üçün İstisna (Tİİ) prosedurlarını tətbiq edin
- Ciddi Məsuliyyət prinsipinin mahiyyətini dərk edin
2 Et
- Hər hansı dərman vasitəsi və ya qida əlavəsi qəbul etməzdən əvvəl Qadağan olunmuş siyahını yoxlayın
- Dərman qəbul etməzdən əvvəl tibb mütəxəssisi ilə məsləhətləşin və idmançı olduğunuzu bildirin
- Dopinq nəzarəti prosesində tam şəffaflıqla iştirak edin
- Qeydiyyata alınmış Test Qrupunun (QTQ) üzvüsünüzsə, məkan məlumatlarınızı vaxtında ADAMS sisteminə daxil edin
3 Susma Danış
- Şübhəli hallar barədə etibarlı şəxsə və ya aidiyyəti quruma məlumat verin
- AMADA-nın "Susma Danış" platformasından istifadə edin
- Komanda yoldaşlarınızı təmiz idman prinsipləri barədə məlumatlandırın və dəstəkləyin
Təmiz idman davranışları idmançının karyerasının bütün mərhələlərində — gənc yaşlardan elit səviyyəyə qədər formalaşdırılmalı və davamlı şəkildə möhkəmləndirilməlidir. AMADA-nın bütün təhsil fəaliyyətləri bu davranışların sistemli şəkildə inkişafına yönəldilmişdir.
Elektron öyrənmə modulları vasitəsilə təmiz idman davranışları üzrə biliklərinizi qiymətləndirə və inkişaf etdirə bilərsiniz.