Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə 12 noyabr 2025-ci il tarixində "Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri" mövzusunda qapalı dəyirmi masa keçirilib.
Dəyirmi masanın açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib ki, "qadağan olunmuş maddələrlə mübarizədə institusional əməkdaşlığın gücləndirilməsi mövcud çağırışlar fonunda xüsusi önəm daşıyır."
AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə vurğulayıb ki, dəyirmi masa antidopinq sisteminin dayanıqlılığının və effektivliyinin artırılmasına mühüm töhfə verəcəkdir. O, dövlət qurumları, hüquq-mühafizə strukturları və beynəlxalq antidopinq təsisatları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.