Azərbaycanda bütün idmançılar, idmançının köməkçi heyəti, idman federasiyaları, təhsil müəssisələri və geniş idman ictimaiyyəti üçün əlçatan, profilaktikaya yönəlmiş antidopinq təhsili.
Bu səhifədə:
- Öyrənmə yolunuzu seçin
- Təmiz idman əsas mövzuları
- Oyun meydançasından podiuma – təmiz idmançı yolu
- Öyrənmə formatları və imkanları
- Şübhəli halların bildirilməsi
Öyrənmə Yolunuzu Seçin
Hədəf qruplarına uyğunlaşdırılmış antidopinq məlumatları və resurslar:
İdmançılar
İdman məktəblərindən elit səviyyəyə qədər bütün mərhələlər üçün əsas məlumatlar.
Məşqçilər və idmançının köməkçi heyəti (İKH)
Öhdəlikləriniz və təmiz idmanın təşviqində rolunuz.
Tibb mütəxəssisləri
Terapevtik İstifadə üçün İstisnalar (Tİİ), dərman vasitələri və idmançı sağlamlığının qorunması.
Valideynlər və müəllimlər
Erkən yaşlardan etibarən düzgün dəyərlərin formalaşdırılması.
Federasiyalar və Klublar
Tələblərə uyğunluq, planlaşdırma və antidopinq təhsilinin həyata keçirilməsi.
İctimaiyyət
Təmiz idman və Antidopinq fəaliyyətinin məqsədi və əhəmiyyəti barədə məlumat.
Təmiz İdman Mövzuları
Hər bir iştirakçının bilməli olduğu qaydalar, prosedurlar və risklərə ümumi baxış:
Oyun Meydançasından Podiuma
Təhsil idmançı karyerasının bütün mərhələlərində təmiz idman davranışlarını dəstəkləməlidir. Erkən yaşdan elit səviyyəyə və Qeydiyyata alınmış Test Qrupuna (QTQ) qədər uyğunlaşdırılmış öyrənmə ehtiyaclarınızı kəşf edin:
- 6–12 yaş (uşaqların idmana cəlb olunması): Ədalətli oyun, rəqibə hörmət və əsas dəyərlərin formalaşdırılması.
- 13–17 yaş (gənc idmançılar): Qadağan olunmuş siyahı və Ciddi Məsuliyyət prinsipi ilə ilkin tanışlıq.
- Elit mərhələyə keçid (İstedadlı idmançılar): İlk dopinq nəzarəti ehtimalı və ADEL üzrə təhsil və sertifikatlaşdırma təşviq olunur.
- Elit mərhələ (milli və beynəlxalq səviyyə): Antidopinq qaydalarına tam uyğunluq, idmançı nümunəvi davranış nümayiş etdirir.
- QTQ (Qeydiyyata alınmış Test Qrupu): ADAMS sistemi üzrə məkan məlumatlarının təqdim edilməsi, Terapevtik İstifadə üçün İstisnaların (Tİİ) idarə edilməsi.
- Reinteqrasiya (geri qayıdan idmançılar): Sanksiyadan sonra biliklərin yenilənməsi və qaydalara yenidən uyğunlaşma.
Öyrənmə Formatları və İmkanları
AMADA antidopinq təhsilini müxtəlif formatlarda təqdim edir — elektron öyrənmədən əyani tədbirlərə, məktəb proqramlarından tədbir əsaslı təşəbbüslərə qədər:
- Elektron öyrənmə (ADEL): Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən təqdim olunan ADEL platformasında pulsuz və interaktiv onlayn kurslar. Uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunur.
- Əyani seminarlar: AMADA tərəfindən keçirilən interaktiv və ssenari əsaslı sessiyalar.
- Vebinarlar: Qadağan olunmuş siyahıdakı yeniliklər, Tİİ prosesi və digər aktual mövzular üzrə canlı onlayn sessiyalar.
- Məktəb proqramları: 10–17 yaşlı şagirdlər üçün dəyər əsaslı mövzular.
- Federasiya proqramları: Milli federasiyalar üçün risk qiymətləndirməsinə əsaslanan illik təhsil planları və seminarlar.
- Təbliğat proqramları: Yarış və turnirlər zamanı AMADA stendləri, çap materialları və rəqəmsal vasitələr (QR kodlar və s.) vasitəsilə maarifləndirmə fəaliyyəti, beynəlxalq standartların müvafiq tələblərinə uyğunluq.
Susma, danış
Dopinq ilə bağlı şübhələriniz və ya narahatlıqlarınız varsa, onları necə və hara bildirməli olduğunuzu öyrənin.
Təmiz İdman Davranışları
Təmiz idman davranışları — idmançıların və idmançının köməkçi heyətinin antidopinq qaydalarına uyğun olaraq, nümayiş etdirməli olduqları hərəkət və davranış normalarıdır. Bu davranışlar təhsillə bağlı beynəlxalq standartlarda müəyyən edilmiş məcburi mövzular əsasında formalaşdırılır.
AMADA-nın bütün antidopinq təhsil fəaliyyətləri bu davranışların formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilmişdir. Bu davranışlar idmançının karyerası boyunca, erkən mərhələdən elit səviyyəyə qədər davamlı şəkildə inkişaf etdirilməlidir.
Bil
- Qadağan olunmuş siyahını mütəmadi olaraq yoxlayın (hər il 1 yanvar tarixində yenilənir)
- AMADA-nın antidopinq qaydaları ilə tanış olun
- Terapevtik İstifadə üçün İstisna (Tİİ) prosedurlarını tətbiq edin
- Ciddi Məsuliyyət prinsipinin mahiyyətini dərk edin
Et
- Hər hansı dərman vasitəsi və ya qida əlavəsi qəbul etməzdən əvvəl Qadağan olunmuş siyahını yoxlayın
- Dərman qəbul etməzdən əvvəl tibb mütəxəssisi ilə məsləhətləşin və idmançı olduğunuzu bildirin
- Dopinq nəzarəti prosesində tam şəffaflıqla iştirak edin
- Qeydiyyata alınmış Test Qrupunun (QTQ) üzvüsünüzsə, məkan məlumatlarınızı vaxtında ADAMS sisteminə daxil edin
Susma
- Şübhəli hallar barədə etibarlı şəxsə və ya aidiyyəti quruma məlumat verin
- AMADA-nın "Susma Danış" platformasından istifadə edin
- Komanda yoldaşlarınızı təmiz idman prinsipləri barədə məlumatlandırın və dəstəkləyin
İdmançının Təmiz İnkişaf Yolu
Təmiz idman təhsili davamlı və mərhələli prosesdir. AMADA-nın Təhsil Proqramı idmançıları karyeralarının bütün mərhələlərində sistemli şəkildə dəstəkləyir.
Hər mərhələdə öhdəliklərinizi anlayın, mövcud səviyyənizə uyğun öyrənmə ehtiyaclarını və riskləri nəzərdən keçirin.
İdmanda uşaqlar ƏSAS MƏRHƏLƏ
Əyləncəli oyunlar vasitəsilə ədalət, hörmət və bərabərlik kimi əsas dəyərlərin formalaşdırılması.
Prioritet fəaliyyət istiqamətləri:- Dəyərlərə əsaslanan təmiz idman yanaşmasının təşviqi
- İştirakın nəticədən üstün tutulması
- Valideynlərin və müəllimlərin prosesə cəlb edilməsi
- Ədalətli oyun anlayışının erkən mərhələdə formalaşdırılması
Gənc idmançılar İNKİŞAF MƏRHƏLƏSİ
İdmançılar rəqabət mühitinə daxil olduqca, nəticəyə yönəlmiş ilk xarici təsirlərlə üzləşirlər. Bu mərhələdə antidopinq anlayışlarının təqdim olunması və sağlam seçimlərin təşviqi vacibdir.
Əsas istiqamətlər:- Ciddi Məsuliyyət prinsipinin ilkin izahı
- Qadağan olunmuş siyahı barədə ilkin məlumatlılığın formalaşdırılması
- Dərman vasitələrinin risklərinin başa düşülməsi
- Qidalanmada "Sağlam Qida" prinsipinin təşviqi
İstedadlı idmançılar ELİT MƏRHƏLƏSİNƏ KEÇİD
Regional və milli səviyyəli yarışlarda iştirak edən idmançılar. Bu mərhələdə dopinq nəzarəti ilə ilk tanışlıq mümkündür və təhsil daha sistemli xarakter alır.
Əsas fokus sahələri:- Nümunə götürmə (dopinq nəzarəti) prosesi haqqında məlumat
- Dərman vasitələrinin yoxlanılması üçün uyğun resurslardan istifadə (məsələn, GlobalDRO)
- Qida əlavələrinin çirklənmə risklərinin başa düşülməsi
- Zərurət olduqda Terapevtik İstifadə üçün İstisna (Tİİ) üçün müraciət qaydaları
Milli və beynəlxalq səviyyəli idmançılar ELİT MƏRHƏLƏ
Beynəlxalq səviyyədə rəqabət aparan idmançılar üçün antidopinq qaydalarına tam uyğunluq tələb olunur. Bu mərhələdə idmançılar nümunəvi davranış nümayiş etdirməlidirlər.
Əsas fokus sahələri:- Bütün antidopinq qayda pozuntularının (AQP) dərindən mənimsənilməsi
- Məkan məlumatlarının dəqiq və vaxtında təqdim edilməsi
- Şübhəli yanaşmalar və ya qayda pozuntusu risklərinin bildirilməsi
- Təmiz idmanın təşviqində aktiv iştirak
Qeydiyyata alınmış Test Qrupu (QTQ) YÜKSƏK RİSKLİ ELİT MƏRHƏLƏ
Elit idmançılar üçün dopinq nəzarəti daha intensivdir və bu mərhələdə bütün tələblərə ciddi şəkildə əməl olunmalıdır.
Əsas fokus sahələri:- ADAMS sistemi vasitəsilə məkan məlumatlarının müntəzəm yenilənməsi
- Məkan məlumatı pozuntularının nəticələrinin başa düşülməsi
- Beynəlxalq səviyyədə Tİİ-lərin idarə olunması
- Antidopinq qaydalarına tam və davamlı uyğunluq
Sanksiyadan qayıdan idmançılar REİNTEQRASİYA MƏRHƏLƏSİ
Sanksiya müddətini başa vurmuş idmançıların idmana təhlükəsiz və qaydalara uyğun şəkildə qayıdışı üçün dəstək təmin edilir.
Əsas diqqət sahələri:- Cari Qadağan olunmuş siyahı üzrə biliklərin yenilənməsi
- İdman fəaliyyətinə qayıdış şərtlərinin başa düşülməsi
- Təmiz idman davranışlarının yenidən formalaşdırılması
- Əvvəlki qayda pozuntularına səbəb olan amillərin aradan qaldırılması
Federasiyanız, klubunuz və ya təhsil müəssisəniz üçün "İdmançı inkişaf yolu" infoqrafikasını yükləyə bilərsiniz.
(Qeyd: Müvafiq PDF faylı sayt vasitəsilə təqdim olunur.)